Poqba Makrona görə yığmadan getdi

 11:01 26.10.2020     37

"Mançester Yunayted"in futbolçusu Pol Poqba Fransa milli komandasındakı karyerasını başa vurub.

Milli.Az apasport.az-a istinadla bildirir ki, bu barədə Britaniyanın "Sun" nəşri məlumat yayıb.

Bildirilib ki, ulduz futbolçunun bu qərarı almasına səbəb Fransa prezidenti Emmanuel Makronun müsəlmanlarla bağlı dini ayrı-seçkiliyə yol verməsi olub. Ölkə başçısının İslam dini ilə bağlı açıqlamaları Fransadakı müsəlmanların da narazılığına yol açıb.

Qeyd edək ki, 27 yaşlı orta sahə oyunçusu 2013-2020-ci illərdə Fransa yığmasının heyətində 71 oyun keçirib, 10 qola imza atıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/892275.html