Ucuz “ZTE V2020 5G” smartfonu təqdim edilib

 21:15 27.10.2020     45

"ZTE" şirkəti tərəfindən təqdim edilmiş "ZTE V2020 5G" smartfonu brendin beşinci nəsil şəbəkələrini dəstəkləyən ən ucuz qurğusu olub.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, smartfonun 2340x1080 piksel təsvir ölçülü 6,53 düymlük IPS ekran sol yuxarı küncdə yerləşdirilmiş 16 meqapiksellik kamera ilə təchiz edilib.

Aparat "MediaTek Dimensity 800" prosessoru, 8 QB LPDDR4X əməli yaddaşı ilə təchiz edilib. "MicroSD" yaddaş kartı vasitəsilə artırıla bilən daxili daşıyıcının tutumu 128 QB təşkil edir. Yeni smartfonun arxa tərəfində 48, 8, 2 və 2 meqapiksellik sensorlardan ibarət əsas kamera bloku yerləşib. Orada, həmçinin barmaq izləri skaneri var. Smartfon 4000 milliamper/saat tutumlu akkumulyatora malikdir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/892502.html