Ermənistan Azərbaycanda strateji obyektlərə zərbələr endirib - Baş prokuror

 15:05 30.10.2020     27

Ermənistan silahlı qüvvələri Azərbaycanda strateji obyektlərə zərbələr endirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən brifinqdə Baş prokuror Kamran Əliyev deyib. Onun sözlərinə görə, ermənilər çox təhlükəli silahlardan istifadə edərək 5 halda "Scud" raketlərindən istifadə ediblər. Onlardan 3-ü Gəncəyə, 1-i Qəbələyə və 1-i Kürdəmirə atılıb.

Ermənilər həmçinin "Smerch" raketlərin dən də istifadə ediblər, bunlar da kaset bombalarıdır. Onlar Qafqazın ən böyük elektrik stansiyası olan Mingəçevir İstilik Elektrik Stansiyasını, Bakı-Ceyhan neft kəmərini, Bakı-Novorossiysk neft kəməri, Bakı-Oğuz-Qəbələ su kəmərini vurmağa cəhd ediblər".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/893576.html