Azərbaycan Arutunyanı axtarışa verdi

 15:21 30.10.2020     38

Ermənistanın hərbi-siyasi rəhbərliyi barəsində başlanan cinayət işləri üzrə çoxsaylı istintaq hərəkətləri həyata keçirilib.

Publika.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, istintaq hərəkətləri çərçivəsində 1700 nəfər zərərçəkmiş şəxs qismində tanınıb və dindirilib: "Həmçinin tibbi, ballistik və digər ekspertizalar təyin edilərək keçirilib".

Baş prokuror deyib ki, Araik Arutunyan, "müdafiə naziri" Cəlal Aratunyan və digərləri barədə müxtəlif maddələr üzrə ittiham elan edilib. O qeyd edib ki həmin şəxslər barədə beynəlxalq axtarış elan edilib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/nida_xeber/333763.html