“Anam üçün darıxıram...” - VİDEO

 15:30 30.10.2020     39

Ermənistanın dinc əhaliyə qarşı törətdiyi terrorla bağlı yeni videoçarx hazırlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, videoçarx Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki şəxslərini hədəfə alması nəticəsində yaxınlarını itirən uşaqlardan bəhs edir. Beynəlxalq ictimaiyyətin də bu terror hadisəsindən xəbərdar olması üçün ingiliscə altyazı verilib.

Çarxda Ermənistanın Gəncəyə raket atması nəticəsində xəsarət almış 5 yaşlı Bəxtiyar Heydərli çəkilib.

Qeyd edək ki, layihə Azərbaycan Radiosu (105 FM) və Azərbaycan Televiziyasının Sosial Media və İctimaiyyətlə Əlaqələr Şöbəsinin təşəbbüsü ilə ərsəyə gəlib.  

Xatırladaq ki, Ermənistan silahlı qüvvələri son 1 ayda dinc əhalini dəfələrlə hədəfə alıb. 90 mülki şəxs həlak olub, 392 nəfər isə yaralanıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/893535.html