İrandan Qarabağ TƏKLİFİ: Rusiya və Türkiyə...

 15:30 30.10.2020     29

Dağlıq Qarabağ problemi regional səviyyədə - Rusiya və Türkiyənin iştirakı ilə həll edilə bilər.

Publika.az xəbər verir ki, bu barədə RİA “Novosti”yə İran prezidentinin xüsusi nümayəndəsi, ölkənin Xarici İşlər nazirinin müavini Seyid Abbas Araqçı bildirib.

Заместитель министра иностранных дел Ирана Аббас Арагчи на пресс-конференции (15 января 2017). Тегеран

Araqçı rəsmi Tehranın Qarabağ problemini həll etmək planının mahiyyətini şərh edib: “İran planının ən vacib xüsusiyyəti regional yanaşmaya sahib olmasıdır. Regional yanaşmadan istifadə edərək və bölgədəki nüfuzu olan ölkələrin iştirakı ilə bu böhranla mübarizə apara bilərik. Təbii ki, Rusiya və Türkiyə regiondakı ən vacib ölkələrdən biridir”.

Zümrüd


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/southcaucasus/333760.html