"Ermənistanda ordu yox, bir sürü cinayətkar dəstə mövcuddur" - Hərbi ekspert

 15:41 30.10.2020     35

Ermənistan ordusunda fərariliyin artması və qüvvələrin çökməsi Paşinyanın kənar qüvvələrin ağlı ilə hərəkət etməsindən yarandı.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyətinə məlum idi ki, Azərbaycan Ordusu qarşısında tab gətirə bilməyəcək: "Bunu onlar çox gözəl anlayırdılar. Ona görə də bu gün Ermənistan ordusunda hərçilər bir-birinə atəş açır, bir-birinə hiddətlənir. Hələ bu harasıdır? Bir müddət sonra Ermənistan ordusunda daha acınacaqlı fəlakətlər olacaq. Məğlub duruma düşən erməni qoşunlarının əsas maneələri hələ qarşıdadır. Bu ordunu bərpa etməyə illər lazım olacaq. Bu, Ermənistan üçün çox çətin olacaq. Hazırda Ermənistan ordusu ciddi məğlubiyyətə uğrayıb. Azərbaycan əsgərinin gücü və bacarığı qarşısında ermənilər çox gərgin vəziyyətə düşüb. Paşinyan düşünürdü ki, onun güclü ordusu var. Amma Azərbaycan əsgəri sübut etdi ki, onlarda ordu yoxdur. Bir daha sübut olundu ki, onlarda ordu yox, yalnız bir sürü cinayətkar dəstələr mövcuddur və onlar da yalnız şəxsi məqsədlərini həyata keçirmək üçün fəaliyyət göstərir".

Hərbi ekspert bildirib ki, Azərbaycan Ordusu dəfələrlə Ermənistanı başa salmağa çalışdı, amma onlar bunu anlamadı: "Biz dəfələrlə onlara anladırdıq, təhlil edirdik ki, Azərbaycan Ordusu qarşısında tab gətirə bilməyəcəklər. Amma onlar bu təhlillərə, təkliflərə məhəl qoymurdular. Nəticədə də Azərbaycan əsgərinin gücünü gördülər və belə bir biabırçı vəziyyətə düşdülər".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/893542.html