İrandan Qarabağ sərhədi ilə bağlı AÇIQLAMA

 16:15 30.10.2020     37

Qarabağ münaqişəsi ilə həmsərhəd bölgələrdə İran üçün heç bir təhdid yoxdur.

Publika.az xəbər verir ki, bunu İran ordusunun komandiri, general Kəyumərs Heydəri deyib.

İran ordusunun mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, ölkənin sərhəd bölgələrində sakit və təhlükəsiz mühitin təmin edilməsi İranın "qırmızı xətti"dir.

Qeyd edək ki, son həftələrdə İran silahlı qüvvələri Qarabağ münaqişəsi zonası ilə həmsərhəd bölgələrdə konsentrasiyasını artırır, əlavə bölmələr göndərməklə sərhəd təhlükəsizliyini və zenit qüvvələrini gücləndirir.

Zümrüd


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/region/333767.html