Dünyanın diqqəti GÜRCÜSTANDA: Qalib kim olacaq?

 08:24 31.10.2020     53

Bu gün Gürcüstanın birpalatalı parlamentinə seçkilər günüdür.

Publika.az xəbər verir ki, seçkilərdə 48 siyasi partiya və iki seçki bloku iştirak edəcək.

Səsvermənin əsas çəkişməsi 2012-ci ildə hakimiyyətə gəlmiş “Gürcü Arzusu - Demokratik Gürcüstan”ın üçüncü dəfə hakim partiya statusunu qoruyub saxlaya bilib-bilməyəcəyi və ya keçmiş prezident Mixeil Saakaşvilinin qurduğu "Birləşmiş Milli Hərəkat" Partiyasının yenidən hakimiyyətə qayıdıb-qayıtmayacağı ilə bağlıdır.

Seçki məntəqələri yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə saat 8:00-da red) açılacaq və saat 20:00-da bağlanacaq. Gürcüstanda seçkilər günündə 3 849 seçki məntəqəsi fəaliyyət göstərəcək. Ölkədən xaricdə 52 seçki məntəqəsi açılacaq.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/neareast/333831.html