Hormondan asılı olan bronxial astma

 08:31 31.10.2020     44

Bronxial astmanın bu variantı hormonun çatışmazlığı zamanı baş verir.Bu forma bronxial astmada xəstələrin müalicəsində qlükokortikoid hormonunun sistemli tətbiqi mütləqdir.Çünki,bu preparatın kəsilməsi və ya dozasının azaldılması xəstənin vəziyyətinin pisləşməsinə səbəb olur.
Bir qayda olaraq bronxial astmanın hormondanasılı variantı ilə yaşayan xəstələr qlükokortikoid hormonlar qəbul edirlər.Bu zaman hormondan asılılığın fəallaşması bu prerparatların uzun müddətli qəbulu və dozasından asılı deyil.Qlükokortikoid hormon alan xəstələrdə qlükokortikoid terapiyasının ağırlaşmalarının olmasını vaxtaşırı yoxlamaq vacibdir.Uzun müddət hormon qəbul edən xəstələrdə aşağıdakılar yoxlanılmalıdır:
- böyrəküstü vəz qabığının fəaliyyətinin pozulması
- İtsenko-Kuşinq sindromu
- sümüklərdə osteoparoz və sınıqlar
- arterial hipertenziya
- qanda qlükozanın qalxması
- mədədə və oniki barmaq bağırsaqda xoraların olması
- miopatiyalar
- psixikanın pozulması
Hormondan asılılıq qlükokortikoid çatışmazlığı və ya kortikorezistenliyin nəticəsi ola bilər.Çatışmazlıq əsasən böyrəküstüvəzdənasılı və ya böyrəküstüvəzdən kənar ola bilir.
Kortikorezistenlik daha ağır gedişli bronxial astmalı xəstələrdə inkişaf edir.Bu zaman limfositlərin kortizolu sərf etmək və hüceyrənin mikrodairəsi zonasında kortizola adekvat reaksiya göstərmək qabiliyyəti azalır.
Bronxial astmanın hormondan asılı variantını aşkar etmək üçün bəzi laborator analizlərin edilməsi vacibdir.Bunlara aşağıdakılar aiddir:
* qan plazmasında kortizolun səviyyəsinin müəyyən edilməsi
* sidikdə ketosteroidlərin yoxlanılması
* kortikosteroidlərin sutkalıq klirensi
* limfositlərin kortizolun udması və ya qlükokortikoid reseptorların miqdarı
* kiçik dekzametazon testi
Yuxarıda adları çəkilən analizlər vasitəsilə xəstəliyin diaqnozu dəqiqləşdirilir və ona uyğun hormon dozası tətbiq edilir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/893598.html