Müdafiə Nazirliyi: Azərbaycan Ordusu qadağan olunmuş heç bir silahdan istifadə etmir

 08:30 31.10.2020     29

Azərbaycan Ordusu tərəfindən guya fosfor tərkibli sursatların tətbiq olunması ilə bağlı Ermənistanın iddialarının heç bir əsası yoxdur.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Rəsmi olaraq bildilib ki, Azərbaycan Ordusunun silahlanmasında beynəlxalq hüquqla qadağan olunmuş heç bir silah və sursat yoxdur.

Bu kimi əsassız xəbərlər yaymaqla Ermənistan dinc azərbaycanlı əhaliyə qarşı törətdikləri hərbi cinayətləri gizlətmək məqsədini güdür.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/nida_xeber/333832.html