ABŞ-da koronavirusa yoluxanların sayı 9 milyon nəfəri ötüb

 08:48 31.10.2020     32

ABŞ-da yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 9 milyon nəfəri ötüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, ABŞ-da koronavirusa 9 007 298 nəfər yoluxub. Koronavirusa yoluxanlardan 229 293 nəfər vəfat edib, 3 554 336 nəfər isə sağalıb.

Bildirilri ki, ən çox yoluxma halları Kaliforniya (925 509), Texas (919 661), Florida (799 738) və Nyu-York (503 176) ştatlarında qeydə alınıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/893746.html