Kəllə tağının sınığı

 08:51 31.10.2020     35

Patologiya travma nəticəsində meydana gəlir.Diaqnoz rentgenoqram nəticəsində qoyulur.
Qapalı kəllə sınığı zamanı beyin sarsılması və beyin zədələnməsi əlamətləri müşahidə edilir.Kəllə sümüyünün sınığı beyin travmasının ağırlığından asılı olur.Zədənin ölçüsü böyük olduqda ağır nəticələr baş verə bilir.
Sınıq nahiyəsində kəllədaxili qansızma və beyin zədələnməsi olmadıqda kəllə tağının sınığı zamanı cərrahi müdaxiləyə ehtiyac olmur.Kəllə sümüklərinin içəri basılmış sınıqları zamanı isə beyinin lokal zədələnməsi əlamətləri olduqda isə cərrahi müdaxiləyə ehtiyac duyulur.
İçəri girmiş sümüklərin xaric edilməsi paximeningitin,gec baş verən epilepsiyanın profilaktikası baxımından məqsədəuyğun sayılır.Belə ki,müalicənin gecikməsi bəzi beyin əlamətlərinin meydana çıxmasına səbəb olur.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/893596.html