“VAR-a görə çox vaxt gedir” – UEFA prezidenti

 08:58 31.10.2020     28

"Mənim ideyam belədir ki, VAR başadüşülən, aydın olan vəziyyətlərdə istifadə edilməlidir".
 
Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu UEFA prezidenti Aleksander Çeferin deyib.
 
Sloveniyalı VAR sistemindən mənasız yerə də istifadə olunmasından narazılığını dilə gətirib: "Bəzi liqalarda oyun həddən artıq çox dayandırılır, VAR-a görə çox vaxt gedir. Bu, futbol üçün pisdir. Bir sıra qaydaların izahı ilə bağlı şübhələrim var. Bunlar əllə oyun, oyundankənar vəziyyətlərdəki 1-2 sm qaydalarıdır. Həmçinin bəzən penalti vaxtı qapı xəttini bir neçə santimetr keçən qapıçıları cəzalandırılmasını nəzərdə tuturam".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/893747.html