Azərbaycan Ordusunun Qafan yaxınlığında döyüş əməliyyatları aparması iddiasına RƏSMİ CAVAB

 09:12 31.10.2020     34

Ermənistan müdafiə nazirliyinin rəsmisinə istinadən guya Azərbaycan Ordusunun Qafan şəhəri yaxınlığındakı David Bek kəndi istiqamətində döyüş əməliyyatları aparması barədə bu ölkənin mətbuatının yaydığı məlumat həqiqətə uyğun deyil.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri göstərilən istiqamətdən Qubadlı ərazisini artilleriya atəşinə tutan düşmənin atəş nöqtələrinə cavab atəşi açıb.

Nazirlik bildirir ki, bundan sonra da düşmənə qarşı adekvat cavab tədbirləri görüləcək.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/893758.html