Braziliyada bir gündə koronavirusa 22 282 nəfər yoluxdu

 09:25 31.10.2020     28

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 22 282 nəfər yoluxub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 5 516 658 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 508 nəfər ölüb, ölənlərin ümumi sayı 159 477 nəfər təşkil edir.

Milli/Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/893750.html