Ekstremist qruplaşmanın rəhbəri Dağlıq ​​​​​​​Qarabağa vuruşmağa yola düşüb

 10:17 31.10.2020     45

Sağ radikal "Zouaves Paris" qruplaşmasının lideri Mark de Kakkere-Valmenir Dağlıq Qarabağa ermənilərlə birlikdə vuruşmağa yola düşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, İnstaqram səhifəsində bildirib.

"Kalaşnikov" avtomatı ilə hərbi formada şəklini paylaşan Mark de Kakkere ona "İstiqamət: cəbhə" şərhini verib. Bundan başqa, o, yerli hakimiyyət orqanları ilə (ermənilərlə-red.) birlikdə "xarici könüllülər briqadası" yaratmağa hazır olduğunu bildirib.

O, özünü birbaşa faşist adlandırır. Amma Parisdə zorakılığın əsas təhrikçisi olan sağ ekstremistlər qruplaşmasına "Zouaves Paris" adıını verib. Mark de Kakkere, həmçinin deyib ki, bu kiçik qruplaşma küçələri qorxuda saxlamaq üçündür.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/893764.html