ABŞ Ermənistanı bu yolla Qarabağda... - Korotçenko

 10:16 31.10.2020     30

ABŞ Dağlıq Qarabağa Skandinaviyadan sülhməramlıların yeridilməsini təklif edib. ABŞ Ermənistanı Qarabağda hərbi məhvdən xilas etməyə cəhd edir.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko öz Teleqram səhifəsində paylaşıb.

“Skandinaviyadan olan sülhməramlıları ən yaxşısı ABŞ-ın böyük şəhərlərinə yerləşdirmək lazımdır”, - deyə o bildirib.

Qeyd edək ki, bundan öncə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert Obrayen Qarabağa Skandinaviya sülhməramlılarının yeridilməsi ilə bağlı danışıqlar aparıldığını bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/nida_xeber/333841.html