Paşinyan Qarabağ münaqişəsinin "ən uyğun həll yolunu" açıqladı

 10:50 31.10.2020     45

Dağlıq Qarabağ münaqişəsinin “ən uyğun həll yolu” Rusiyanın sülhməramlılarının bölgəyə yerləşdirilməsidir.

Publika.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İngiltərənin “Gündəlik Teleqraf” agentliyinə müsahibəsində deyib.

O bildirib ki, bu məsələdə bir problem var: “Rusiya sülhməramlılarının münaqişə bölgəsinə yerləşdirilməsi üçün bütün münaqişə tərəflərinin icazəsi lazımdır”.

O, ABŞ və Frasanı Rusiyanın sülh təşəbbüslərinə dəstək verməyə çağırıb.

Məsələ ilə bağlı Kremlin mətbuat katibi Dmitri Peskova Paşinyanın açıqlaması ilə bağlı sual ünvanlanıb. Peskov suala cavabında “daha əvvəl bənzər suallara cavab verdik. Münaqişə bölgələrinə hər növ sülhməramlılar hər iki tərəfin icazəsi olduğu halda göndərilir” deyib.

Zümrüd


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/southcaucasus/333844.html