“Qarabağ bizimdir, bizim qalacaq” - “Trabzonspor” azarkeşlərindən dəstək - FOTO

 11:16 31.10.2020     29

Türkiyə klublarının Dağlıq Qarabağda baş verən hadisələrlə bağlı Azərbaycana dəstəyi davam edir.
 
Milli.Az apasport.az-a istinadla bildirir ki, "Trabzonspor" klubu növbəti dəfə ölkəmizin haqlı mübarizəsini dəstəkləyib.
 
"Bordo-mavilililər"in Super Liqanın VII turunda "Kasımpaşa" ilə ev oyunu zamanı qapı arxasındakı tribunalarda yer alan azarkeşlər böyük Azərbaycan bayrağı açaraq "Qarabağ bizimdir, bizim qalacaq" şüarını səsləndiriblər.
 
Qeyd edək ki, "Trabzonspor" dünənki qarşılaşmada "Kasımpaşa"ya 3:4 hesabı ilə məğlub olub.

Milli.Az

 
Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/893768.html