İzmirdəki zəlzələyə İsrail, Yunanıstan və Fransa da biganə qalmadı

 11:42 31.10.2020     38

Ege dənizində baş verən və İzmirdə dağıntılara səbəb olan zəlzələdən sonra dünyanın bir çox ölkələri Türkiyəyə yardıma hazır olduqlarını bildirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Prezident İlham Əliyev başda olmaqda Azərbaycanın bir çox rəsmi şəxsləri Türkiyədəki həmkarları ilə telefonla danışıb, tvitter hesablarından qardaş ölkəyə "keçmiş olsun" deyiblər. 

Eyni zamanda, uzun müddətdir Türkiyə ilə siyasi gərginlik yaşayan Yunanıstan, İsrail və Fransa rəsmiləri də İzmir üçün yardıma hazır olduqlarını vurğulayıblar. 

Yunanıstanın Baş naziri Kyriakos Miçotaki Ərdoğana zəng vuraraq hər iki ölkədə hiss edilən şiddətli zəlzələdə İzmirdə ölən şəxslər üçün başsağlığı verib. 

Fransa Daxili İşlər naziri Gerald Darmanin tvitterdə yazdığı statusda Fransanın Türkiyə xalqının yanında olduğunu vurğulayıb. Nazir yardıma ehtiyac olduğu halda Fransanın kömək edəcəyini qeyd edib. 

İsrail Müdafiə Nazirliyi tvitter səhifəsində qeyd edib ki, xilasetmə işləri üçün komanda göndərməyə hazırdırlar. Həmçinin, İsrail ehtiyac olacağı halda əraziyə qısa müddətdə xəstəxana qura biləcəklərini bildirib. 

Postun sonunda nazirlik türkcə "bu çətin zamanlarda yardım üçün güclü bir əl uzatacağıq",- şərhini verib. 

İsrail Müdafiə naziri Benny Gantz xilasetmə qüvvələrinin Türkiyəyə göndərmək üçün hazırlıqlara başlanılması təlimatını verib. 

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/893770.html