Dünyanın diqqəti GÜRCÜSTANDA: Seçki bitdi, qalib kim olacaq? (YENİLƏNDİ)

 21:10 31.10.2020     67

Gürcüstanda 10-cu çağırış parlament seçkilərində səsvermə başa çatıb.

Publika.az xəbər verir ki, səsvermə prosesi saat 20:00-da yekunlaşıb və seçki məntəqələrinin qapıları sayım üçün bağlanıb.

Seçkilərin ölkə üzrə ümumilikdə 3 657 məntəqədə keçirildiyi bildirilir.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə saat 17:00-də ölkə üzrə seçici aktivliyi 45,77% təşkil edib (1,607,530 nəfər).

Qeyd edək ki, Gürcüstanın əsas müxalifət partiyası olan “Vahid Milli Hərəkat”ın tərəfdarları Tbilisidə parlament binasının qarşısında mitinqə başlayıblar. Partiya liderlərinin burada öz tərəfdarlarına müraciət edəcəyi bildirilir. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

***

08:24

Bu gün Gürcüstanın birpalatalı parlamentinə seçkilər günüdür.

Publika.az xəbər verir ki, seçkilərdə 48 siyasi partiya və iki seçki bloku iştirak edəcək.

Səsvermənin əsas çəkişməsi 2012-ci ildə hakimiyyətə gəlmiş “Gürcü Arzusu - Demokratik Gürcüstan”ın üçüncü dəfə hakim partiya statusunu qoruyub saxlaya bilib-bilməyəcəyi və ya keçmiş prezident Mixeil Saakaşvilinin qurduğu "Birləşmiş Milli Hərəkat" Partiyasının yenidən hakimiyyətə qayıdıb-qayıtmayacağı ilə bağlıdır.

Seçki məntəqələri yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə saat 8:00-da red) açılacaq və saat 20:00-da bağlanacaq. Gürcüstanda seçkilər günündə 3 849 seçki məntəqəsi fəaliyyət göstərəcək. Ölkədən xaricdə 52 seçki məntəqəsi açılacaq.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/southcaucasus/333831.html