Saakaşvili ELAN ETDİ: "Gürcüstanda hakimiyyət dəyişir"

 21:48 31.10.2020     37

Ümumilikdə 14 milyondan çox insan test olunub““Gürcü Arzusu” bu gün parlament seçkilərində uduzub”.

Publika.az xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili “Mtavari” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Vahid Milli Hərəkat (VMH) və digər müxalifət partiyaları mütləq səs çoxluğu əldə ediblər: “Gürcüstanda hakimiyyət dəyişir, ölkə irəli getməkdə davam edəcək”.

Qeyd edək ki, VMH-nin liderləri və tərəfdarları Tbilisidə parlament binası qarşısında aksiya keçirirlər. Partiya nümayəndələri seçkilərdə qalib gəldiklərini bildirirlər.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/southcaucasus/333929.html