Tədqiqatçılardan yeni pandemiya PROQNOZLARI - Daha çox insanın həyatına son qoyacaq

 22:00 31.10.2020     49

Bir qrup alimin verdiyi məlumata görə, günümüzdə heyvanlar və quşlar arasında elmə məlum olmayan təxminən 850 min virus gəzə bilər ki, bu da daha bir pandemiyaya səbəb olacağını istisna etmir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər ancaq yeni peyvəndlərin hazırlanması yolu ilə zoonoz xəstəliklərinin qarşısını almağın mümkün olduğunu qeyd edib. Yalnız bu yanaşma bəşəriyyətə yeni bir pandemiyanın qarşısını almağa imkan verəcək.

“Tövsiyə olunan tədbirlərə ət istehsalı və heyvandarlığın artırılması, vəhşi heyvan və bitki növləri ilə ticarətin məhdudlaşdırılması və daha təsirli qoruma tədbirləri daxildir.

Qoruyucu strategiyalar olmazsa, belə pandemiyalar yenə baş verəcək, daha sürətli yayılacaq, daha çox insanın həyatına son qoyacaq və qlobal iqtisadiyyata hər zamankindən daha dağıdıcı təsir göstərəcək" -, ekspert qrupu elan edib.

Alimlər yeni pandemiyaların qarşısının alınması üçün lazımi tədbirlərin hər il təxminən 40-60 milyard dollara başa gələcəyini vurğulayıb ki, bu məbləğ bu il koronavirus pandemiyasına qarşı mübarizəyə xərclənən 8-16 trilyon dollarla müqayisədə o qədər də ciddi rəqəm deyil.

Aytən Məftun


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/saghlamliq/333910.html