Sağlamlıq və arıqlamaq üçün 6 sadə ÜSUL

 22:22 07.12.2019     50

Sən demə, bəzi super faydalı qida məhsulları eyni anda iki funksiyanı yerinə yetirir. Onlar təkcə zahiri görünüşə müsbət təsir etmir, həm də arıqlamağa kömək edir.

Milli.Az qafqazinfo-ya istinadən həmin qida məhsullarını təqdim edir:
Meyvələr
Siz həmişə rasionunuza alma və ya üzüm salxımı daxil edə bilərsiniz. Onlar aclıq spazmlarını aradan qaldıracaq. Qida lifləri ilə zəngin olan alma və üzüm hətta şirniyyat həvəskarları üçün də uyğundur. Qreyfrut da yaxşı seçimdir. Lif və vitaminlərlə zəngin məhsul aşağı kalorisi ilə seçilir.

Qoz
Əsas yeməklərin arasında aclıq hissi yarandıqda bir ovuc qoz yeyin. Badam arıqlamaq istəyənlər üçün ideal seçimdir. Onun tərkibində liflər, zülal və sağlam yağlar var. O, orqanizmdə toxluq hissini uzun müddət qoruyub saxlayır.

Bişmiş yumurta
İki ədəd qaynadılmış yumurta uzun müddət toxluq hissi yaradır və çox yeməyə imkan vermir. Bu, artıq çəki ilə mübarizədə ideal qidadır.

Yoqurt
Bu məhsul kalsium və zülalla zəngindir. Daha çox fayda almaq üçün yoqurta sellülozla zəngin meyvə və giləmeyvələr əlavə edin. O, sizi doyduracaq və aclıq spazmlarının öhtəsindən gələcək. Yoqurtun kalorisi az olduğundan artıq çəki almayacaqsınız.

Popkorn
Onu hazırlayarkən içinə şit yağı və ya duz əlavə etməsəniz, o zaman bu məhsul artıq çəki ilə mübarizədə ideal ara yeməkdir.

Az yağlı pendir
Pendirin qida dəyərinin yüksək olması onun tərkibində olan az miqdarda yağdan asılıdır. Bu pendirin tərkibində çoxlu zülal, kalsium, vitamin və minerallar var. Bu, yaxşı görünmək və artıq çəki almaq istəməyənlər üçün əla seçimdir.

Milli.Az


Xəbərin mənbəyi: https://news.milli.az/interest/808651.html