“Traktor” klubu məşhur türkiyəli məşqçini istefaya göndərdi

 23:40 07.12.2019     103

Cənubi Azərbaycanın “Traktor” klubu baş məşqçisi Mustafa Dənizli ilə yollarını ayırıb.

Publika.az xəbər verir ki, bu barədə Təbriz təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mustafa Dənizli ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Dənizli bu yay “Traktor” ilə 5 illik müqavilə imzalamışdı. “Traktor” hazırda İran çempionatında 18 xalla 16 kollektiv arasında 8-ci sıradadır.

Dənizli 2013/14 mövsümündə “Xəzər Lənkəran”da baş məşqçilik edib. O, İranda “Pas Tehran” və “Persepolis” klublarını da çalışdırıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/idman/298458.html