Xırdalanda partlayış: xəsarət alan var

 11:48 09.12.2019     121

Abşeron rayonunun Xırdalan şəhərində partlayış olub.

FHN-dən Axar.az-a verilən məlumata görə, ümumi sahəsi 1080 m² olan (hər mərtəbəsi 360 m² sahədə) üçmərtəbəli binanın birinci mərtəbəsində yanğınla nəticələnən partlayış baş verib. Yanğın nəticəsində 1 otağın qapısı və içərisində olan 20 ədəd karton tara yanıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/427826.html