Bu da Roza Zərgərlinin nəvəsi - FOTO

 18:19 09.12.2019     127

Dörd uşaq anası Roza Zərgərli ilk dəfə nəvəsini efirdə göstərib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, Sofiya övladlığa götürdüyü Natəvanın kiçik qızıdır.

"ATV Maqazin Onlarla" proqramının "33 sual" rubrikası Zərgərlinin evində qonaq olub. Qapını çəkiliş qrupuna balaca Sofiya açıb.

Xatırladaq ki, hazırda Roza Zərgərlinin dörd övladı var. Doğma övladı Bənövşə Allahverdiyeva ilk evliliyindəndir. 5 il davam edən bu izdivacdan müğənninin əkiz övladı doğulub. Bənövşə və bir oğlan. Oğlan rəhmətə gedib.

Ifaçının ikinci evliliyi 16 ildir davam edir. Bu evlilikdən uşağı olmayıb. Cütlük üç uşaq övladlığa götürüb. Övladlığa götürdüyü böyük qızı Natəvanın 27 yaşı var. Onun iki qızı var. Yəni Roza Zərgərlinin iki nəvəsi var. Natəvan və Corc-Jerar Qafarovlar qardaşdırlar.

Mərhum Xalq artisti İlhamə Quliyevanın repertuarına müraciət edəcəyini də deyən sənətçi hətta onun imicində klip də çəkdirəcək.

Duet ortağı Əkbər Əliyevlə kamera qarşısına keçən Roza bunları söyləyib: 

"İlhamə Quliyevaya bənzəmə mövzumu ilk dəfə "ATV maqazin onlarla" verilişi etdi. Sonra gündəmə düşdü. İndi də Əkbər deyir ki, İlhamə Quliyevanın repertuarından mahnı oxuyub, onun zahiri görünüşü ilə klip çəkdirim. Hazırda bunu düşünürəm. Sadəcə bunu deyim... İlhamə Quliyevaya oxşaya bilərəm, amma o, ola bilmərəm".

Milli.Az

 
Xəbərin mənbəyi: https://news.milli.az/showbiz/808967.html