Rusiyada Kürd Milli Şurası ilə görüş: Türkiyə ilə razılaşma...

 18:56 09.12.2019     95

Rusiya Xarici İşlər nazirinin müavini Mixail Boqdanov Suriyadakı Kürd Milli Şurasının nümayəndələri ilə görüşüb.

Axar.az xəbər verir ki, Boqdanovun Suriyadakı son durumu, əsasən də Türkiyə-Rusiya razılaşmasını müzakirə etdiyi vurğulanıb.

Tərəflərin Soçidəki razılaşmanın gedişatını gündəmə gətirdiyi, eləcə də barışıq prosesi ilə bağlı dərin fikir mübadiləsi aparıldığı bildirilib.


Xəbərin mənbəyi: https://axar.az/news/planet/427965.html