"Vaz-2106" qaçıran ruhi xəstə saxlanıldı

 19:06 09.12.2019     242

Gəncədə oğurluq hadisəsi qeydə alınıb.

DİN mətbuat xidmətindən Lent.az -a daxil olan məlumata görə, hadisə dekabrın 8-də Gəncə şəhəri ərazisində baş verib. Belə ki, Daşkəsən rayon sakini C.Əhmədova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb.

Gəncə şəhər Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Goranboy rayon sakini olan ruhi xəstə Q.İmanov həmin gün hadisə yerinin yaxınlığında avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.


Xəbərin mənbəyi: https://lent.az/news/333568