Bərdədə "Mercedes" və “VAZ” toqquşub - Ölən var

 19:07 09.12.2019     78

Bərdə rayonunun Soğanverdilər kəndi ərazisində "Mercedes" və "VAZ-21015" markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, dekabrın 7-də saat 17 radələrində Bərdə rayonunun Soğanverdilər kəndi ərazisində şəhər sakini İ.Dünyamalıyevin idarə etdiyi "Mercedes" və Ağdam rayon sakini Müşfiq Abdullayevin idarə etdiyi "VAZ-21015" markalı avtomobillər toqquşub. Nəticədə M.Abdullayev hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin mənbəyi: https://news.milli.az/incedent/809072.html