"25 ildir villamın təmiri bitmir" - Xalq artisti

 19:14 09.12.2019     83

Xalq artisti Nisə Qasımova "Ulduzlu yayım" verilişinin qonağı olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni villasından danışıb. O bildirib ki, 1994-cü ildən evinin təmirinə başlayıb:

"25 ildir təmir işini tamamlaya bilməmişəm. Villam Xızı rayonunun Altıağac kəndindədir. Hərdən gedib-gəlirəm. Malikanəmin divarlarına, daşlarına, pilləkəninə əlimi çəkirəm, gözlərim dolur. Deyirəm ki, bir zərrə də olsun, sizdə haram yoxdur. Evin nə torpağında, nə onun divar kağızında haram var.

Bu gündən sonra mənim övladlarım o evdə yaşamaq istəsələr, divarlardan ancaq paklıq, saflıq və halallıq qoxusu gələcək".

Milli.Az


Xəbərin mənbəyi: https://news.milli.az/showbiz/809023.html