Gürcüstanda koronavirusdan daha 33 nəfər ölüb

 20:44 21.11.2020     34

Gürcüstanda ötən sutka ərzində yeni növ koronavirusdan (COVİD-19) 33 nəfər vəfat edib.

Milli.Az Trend-ə istinadən bildirir ki,  yeni ölüm hallarının 17-si Tbilisidə, 5-i Acariyada, 8-i İmeretidə, 1-i Kvemo-Kartlidə, 1-i Sameqreloda və Zemo-Svanetidə, 1-i isə Mtsxeta-Mtianetidə qeydə alınıb.

Məlumata əsasən, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 967 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda yeni növ koronavirusdan ilk ölüm halı aprelin 4-ü qeydə alınıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/898992.html