Türkiyədə son koronavirus rəqəmləri açıqlandı

 21:32 21.11.2020     36

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 135 nəfər ölüb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahreddin Koca koronavirusla bağlı ölkədəki son statistikanı açıqlayarkən bildirib.

Nazir qeyd edib ki, son 24 saatda 152 214 şübhəli koronavirus testindən keçib, onlardan 5532-nin cavabı pozitiv çıxıb, 3233 xəstə isə sağalaraq evə buraxılıb. Sağalan xəstələr ümumilikdə 370 825 nəfərdir. Ağır xəstə sayı isə 4121 nəfər olub.

Türkiyədə indiyədək 440 805 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 12 219 nəfəri ölüb.

Nazir ölüm və ağır xəstə sayının artmasından narahatlığını ifadə edib.

Qeyd edək ki, bu gündən Türkiyədə həftə sonları bütün əhaliyə, yaşı 65-dən yuxarı və 20-dən aşağı olanlara isə həftə boyu küçəyə çıxmağa məhdudiyyət qoyulub.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/avropa/336514.html