Türkiyədə koronavirusa rekord sayda yoluxma halı qeydə alınıb

 21:37 21.11.2020     41

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusa (COVİD-19) rekord sayda - 5 532 yoluxma qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki,  bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 440 805 nəfərə çatıb.

Onun sözlərinə görə, ötən sutka ərzində 135 nəfər koronavirusdan ölüb, ölənlərin ümumi sayı 12 219 nəfər təşkil edir.

Nazir əlavə edib ki, koronavirusdan 3 233 nəfər sağalıb, sağalanların ümumi sayı 370 825 nəfərə çatıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/898993.html