Daha bir kənd Ordumuza təhvil verildi – Təcili

 22:11 21.11.2020     40

Ağdam rayonunun Gülablı (Abdal-Gülablının yaxınlığında, ermənilərin Vazgenaşen adlandırdığı kənd) kəndi bu gün Azərbaycan Ordusunun nəzarətinə verilib.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası yazıb.

Qeyd edək ki, ermənilər bu kəndi Xocavənd (Martuni) rayonunun ərazisi kimi qəbul etdirməyə çalışsalar da, onların bu cəhdi alınmayıb və son gündə kəndi boşaltmağa məcbur olublar.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/517572.html