“Google”un universal messenceri faydalı funksiya əldə edəcək

 22:10 21.11.2020     44

"Google" şirkəti ənənəvi SMS göndərmə vasitəsini əvəz edən "Messages" tətbiqi üçün böyük yeniləmə elan edib. Messencerdə yazışmaların məxfiliyinin təmin edilməsi üçün "end-to-end encryption" şifrləmə funksiyası tətbiq ediləcək.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Google"un rəsmi bloqundakı məlumata əsasən, indi mesajlarla mübadilə üçün RCS protokolunun dəstəyi bütün dünyada əlçatandır - hərçənd Rusiya, Çin və bəzi digər ölkələrdə xidmət hələ ki aktiv deyil. Şirkət, həmçinin "Android" sisteminin idarəetməsi altında işləyən bütün uyğun qurğular üçün şifrləmə funksiyasının beta sınaqlarına başlanılmasını elan edib. Qeydiyyat prosedurundan keçmiş istənilən şəxs sınaqda iştirak edə bilər.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/898790.html