Azərbaycan yığması Avropa 4-cüsü oldu

 22:29 21.11.2020     36

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa çempionatına yekun vurulub.

Publika.az xəbər verir ki, Azərbaycan yığması yarışı 4-cü pillədə başa vurub.

5 medal – 1 qızıl, 1 gümüş və 3 bürünc əldə edən cüdoçularımız yalınız Fransa, Rusiya və Gürcüstandan geri qalıb. Komandamızın heyətində Orxan Səfərov (66 kq) çempionluq sevinci yaşayıbsa, İrina Kindzerska (+78 kq) yalnız finalda uduzub. Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq) və Zelim Kotsoyev (100 kq) üçüncülüklə kifayətlənib.

Ümumilikdə isə 21 ölkə Praqada medala yiyələnib. Onların yalnız səkkizi çempionluq yaşayıb.

yer

ölkə

qızıl

gümüş

bürünc

Cəmi

1.

Fransa

5

0

3

8

2.

Rusiya

3

3

1

7

3.

Gürcüstan

1

1

4

6

4.

Azərbaycan

1

1

3

5

5.

İsrail

1

1

0

2

6.

Moldova

1

0

1

2

7-8.

İtaliya

1

0

0

1

Macarıstan

1

0

0

1

9.

Serbiya

0

2

0

2

10.

Almaniya

0

1

3

4

11.

Portuqaliya

0

1

2

3

12.

Niderland

0

1

1

2

13-15.

Bolqarıstan

0

1

0

1

Avstriya

0

1

0

1

Rumıniya

0

1

0

1

16.

Belçika

0

0

3

3

17-18.

İspaniya

0

0

2

2

Kosovo

0

0

2

2

19-21.

Ukrayna

0

0

1

1

Xorvatiya

0

0

1

1

İsveç

0

0

1

1


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/idman/336518.html