“WhatsApp” messencerində yeni funksiya istifadəyə veriləcək

 22:45 21.11.2020     43

Populyar "WhatsApp" messencerində bərkidilmiş video ilə olan mesaj göndərmək daha rahat olacaq. Yeni funksiya barədə "Wabetainfo" nəşri məlumat verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, yeni funksiyanın mahiyyəti ondan ibarətdir ki, indi istifadəçi videoçarxı həmsöhbətə və ya çata göndərməzdən əvvəl onun səsini ala bilər. Ekranın sol tərəfində videonun müddəti və tutumu haqqında informasiyanın yanında səsə cavabdeh olan dinamik işarəsi olacaq.

Hələlik yeni funksiya beta test mərhələsindədir. Ehtimal ki 2020-ci ilin sonunadək yeni funksiya hər kəsə əlçatan olacaq.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/898785.html