İnstaqramda yenilik - Görüntülü söhbət zamanı film izləmək mümkün oldu

 22:55 21.11.2020     37

İnstaqram sosial şəbəkəsi tərəfindən bloq yazısı vasitəsilə bir müddət öncə təqdim edilən yeniliklər istifadəçilərin ixtiyarına verilib.

Milli.Az ted.az-a istinadən bildirir ki, yeniliklərdən biri də  Watch Together, yəni birlikdə izləmə ilə bağlıdır. Funksiya vasitəsilə izləyicilərlə görüntülü söhbət üzərindən eyni anda IGTV, Reels, film və trend videoları izləmək mümkündür.

Bunun üçün İnstaqram, Messenger yaxud Messenger Roomsda görüntülü söhbətə başlamaq, daha sonra görüntünün sağ aşağı küncündəki media ikonuna daxil olmaq lazımdır. Buradakı variantlardan birini seçərək izləmək mümkündür.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/898810.html