Pompeo Qətə əmiri ilə görüşdü

 23:01 21.11.2020     52

ABŞ Dövlət katibi Mayk Pompeo Qətər əmiri Şeyx Təmim bin Həməd əs-Sani ilə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilir ki, görüşdə regional və beynəlxalq məsələlər müzakirə edilib.

Bundan başqa, iki ölkə arasında əməkdaşlığı və münasibətləri inkişaf etdirməyin yolları haqqında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüşün detalları ilə bağlı ətraflı məlumat verilməyib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/517573.html