Analitiklər dünyada ən çox satılan “5G” smartfonlarının adını açıqlayıblar

 23:10 21.11.2020     51

"Counterpoint Research" analitik şirkəti 2020-ci il payızın əvvəlinə olan vəziyyətə görə, beşinci nəsil mobil şəbəkələrini dəstəkləyən smartfonların satış statistikasını dərc edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, hesabat dövründə "5G" smartfon bazarının 5%-nə sahib "Samsung Galaxy Note 20 Ultra" cihazı satış lideri olub. Qabaqcıl "HUAWEI P40 Pro" aparatı (4,5%) ikinci yeri tutub. Çinin texnologiya nəhənginin daha bir qurğusu, orta qiymət kateqoriyasına məxsus "HUAWEI nova 7" üçüncü pillədə qərarlaşıb. İlk onluğa hər iki brendin başqa modelləri də daxil edilib: "Samsung Galaxy S20 " və "Galaxy Note20", həmçinin "HUAWEI P40". Bundan başqa, reytinqdə "vivo", "OPPO" və "HONOR" istehsalı olan smartfonlar da yer alıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/898791.html