Gürcüstanda parlament seçkilərinin ikinci turu başa çatıb

 23:21 21.11.2020     37

Gürcüstanda keçirilən parlament seçkilərinin ikinci turu başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 17 majoritar dairə üzrə keçirilən II tur üzrə seçki məntəqələri yerli vaxtla saat 20:00-da bağlanıb.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, səsvermə prosesində seçicilərin passivliyi müşahidə edilib, seçkilərdə seçici fəallığı 26,29 faiz təşkil edib.

Qeyd edək ki, seçkilərin birinci turu oktyabrın 31-də keçirilib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/899004.html