Qarabağda daha bir erməni futbolçu məhv edilib

 23:47 21.11.2020     50

Qarabağ müharibəsində ölən erməni hərbçilərdən daha biri futbolçu olub.

Axar.az xəbər verir ki, 19 yaşlı Artur Barseqyan adlı futbolçunun ölümü haqda onun məxsus olduğu "Alaşkert" futbol komandası məlumat yayıb. Ermənistan vətəndaşı olan Barseqyan hərbi xidməti Azərbaycanın işğal altında saxlanılan bölgələrində keçirmiş.

Qeyd edək ki, daha öncə "Ararat" komandasının futbolçusu Edik Kirakosyanın da Füzulidə məhv edildiyi məlumatı yayılmışdı.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/517594.html