Qarabağda “status” məsələsi: iki fərqli məfhum…

 00:23 22.11.2020     48

Bu gün hamı status haqqında danışır... Söhbət sanki eyni şey, əslində isə iki fərqli məfhum barəsində gedir.

Axar.az xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov qeyd edib. O bildirib ki, birinci yekun statusdur:

“Bu status kifayət qədər uzunmüddətli nizamlanma prosesinin nəticəsində müəyyənləşməlidir. Ola bilər danışıqlar nəticəsində müəyyənləşsin, amma ola da bilər ki, heç danışıqlar olmasın (Azərbaycan Silahlı Qüvvələrin nəzarətinə keçən bütün ərazilərdə baş verdiyi kimi)”.

Sabiq nazirin sözlərinə görə, ikinci status Rusiya sülhməramlılarının nəzarətə götürdüyü ərazidə müvəqqəti statusun formalaşmasıdır:

“Müvəqqəti status özündə hərbi-texniki tədbirlər kompleksini və de-fakto şəraiti ehtiva edir.

Azərbaycanın mövqeyi ondan ibarətdir ki, müvəqqəti status Azərbaycanın suveren hüquqlarının tam həcmdə bərpasını nəzərdə tutan yekun statusa keçidi təmin edəcək. Ona görə Rusiya, eləcə də Türkiyə sülhməramlılarına mandat lazımdır. Bu mandat yekun nizamlanmaya və yekun statusun əldə olunmasına qədər sülhməramlıların səlahiyyət və vəzifələrini müəyyənləşdirəcək...

Bax, statusla bağlı mövcud vəziyyətin elmi-nəzəri təsnifatı belədir”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/siyaset/517599.html