Bərdədə dəhşətli hadisə - Ölənlər və yaralananlar var

 00:33 22.11.2020     48

Bərdədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

Hadisə Bərdə-Tərtər yolunun Lager adlanan ərazisində baş verib.

Belə ki, "VAZ-2107" və "VAZ-21011" markalı minik avtomobillərinin toqquşması zamanı "VAZ-21011" markalı minik avtomobili yanıb.

Hadisə nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Xəsarət alanlar: Bərdə rayon sakinləri - 1986-cı il təvəllüdlü Rəhimli Rövşən Teymur oğlu, 1986-cı il təvəllüdlü Məmmədov Elgiz Edilxan oğlu və Tərtər rayon sakinləri - 1995-cil il təvəllüdlü Əliyev İsgəndər İsrail oğlu, 1989-cu il təvəllüdlü Abbasov Elşad Mübariz oğludur.

Ölənlərin Kəlbəcər rayon sakini Ədalət Camalov və Tərtər rayon sakini Samir Abbasovdur.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/hadise/336532.html