"Beşiktaş" İstanbul derbisində qalib gəldi

 00:14 22.11.2020     37

Noyabrın 21-də futbol üzrə Türkiyə çempionatının IX turunun birinci gün qarşılaşmasında "Beşiktaş" doğma meydanda "Başakşəhər"i qəbul edib.

Axar.az xəbər verir ki, gərgin keçən görüşün 44-cü dəqiqəsində meydan sahiblərinin yarımmüdafiəçisi Atiba Hutçinson hesabı açıb. Matçın 45-ci dəqiqəsində isə Kail Larin komandasının iknci qolunu vurub. Qarşılaşmanın 72-ci dəqiqəsində "Beşiktaş"ın hücumçusu Vinsent Abobakar onbir metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Oyunun 81-ci və 90-cı dəqiqələrində "Başakşəhər"in futbolçusu Federik Qulbrandsen iki dəfə fərqlənsədə komandasını məğlubiyyətdən xilas edə bilməyib.

Beləliklə, "Beşiktaş" İstanbul derbisindən "Başakşəhər"i 3:2 hesabı ilə üstələyib.

Günün digər oyunlarında "Fənərbağça" səfərdə "Gənclərbirliyi"ni 5:1 hesabı ilə darmadağın edib. "Denizlispor" isə doğma divarlar arasında "Qaziantep"ə minimal hesabla məğlub olub. "Fatih Karagümrük" – "Sivasspor" matçında hesab 1:1 bərabərliklə bitib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/517597.html