Korona əleyhinə peyvəndlərin qiyməti açıqlandı

 00:48 22.11.2020     59

ABŞ-ın “Pfizer” və Almaniyanın “BioNTech” şirkətinin Avropa İttifaqı (Aİ) ölkələri üçün istehsal etdikləri koronavirusa qarşı vaksinin təxmini qiyməti açıqlanıb.

Axar.az xəbər verir ki, Aİ rəsmisindən əldə edilən məlumata əsasən, 1 doza vaksinin təxmini qiyməti 15,5 avro təşkil edəcək.

Bildirilib ki, Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyenin bir müddət öncə verdiyi açıqlamasına əsasən, Aİ-nin satın alma planlarına daxil olan, “Pfizer” və “BioNTech” şirkətlərinin istehsal etdiyi 300 milyon doza vaksinin qiyməti 4,6 milyard avro təşkil edəcək.

Aİ Almaniya şirkətinin istehsalı olan 405 milyon dozanın tədarükü üçün müqavilə imzalayıb. Tədarüklərin artıq mart ayında başlaya biləcəyi bildirilib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/517596.html