Türkiyədə sərt karantin rejiminin tətbiqi başladı

 01:10 22.11.2020     43

Türkiyədə yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxma və gündəlik ölüm sayında sürətli artım davam etməkdədir. Hökumət ölümcül pandemiyanın yayılma riskini azaltmaq məqsədilə növbəti məhdudiyyətlər tətbiq edib.

Axar.az xəbər verir ki, tətbiq edilən məhdudiyyətlər noyabrın 21-dən qüvvəyə minib.

Məhdudiyyətlərin bir qismi şənbə və bazar günlərini əhatə edəcək. Ötən gün Türkiyə vaxtı ilə saat 20.00-da başlanan evdən çıxmaq qadağası bu gün saat 10.00-a qədər qüvvədə olacaq. Eyni qadağa bazar günü də göstərilən saat intervalında tətbiq olunacaq.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/517602.html