Bir gündə 10 minə yaxın insan virusdan öldü - ÜST

 05:45 26.11.2020     50

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 527 mindən çox artıb.

Publika.az-ın "TASS"a istinadla verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 527 326 nəfər yeni koronavirusa yoluxub, 9 989 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 59 481 313, ölənlərin isə 1 404 542 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/mdb/337006.html